Sabirabad yolunda qayda pozaraq təhlükə yaradan sürücü peyda olub.
İyunun 18-də, saat 17.20 radələrində “BMW” markalı, 30-BX-122 dövlət nömrə nişanlı avtomobilin sürücüsü ötmə-manevr qaydalarını kobud şəkildə pozaraq təhlükəli vəziyyət yaradıb. Belə ki, sürücü qarşıdan gələn nəqliyyat vasitəsinin yaxın məsafədə olduğunu görə-görə ötmə əməliyyatına başlayır.
Digər avtomobilin sürücüsü onu da bildirir ki, sürəti azaldıb biraz sağa çəkilməsəydə dəhşətli qəza baş verə bilərdi.
Qeyd edək ki, son günlər respublika əhəmiyyətli yollarda ağır qəzaların əksəriyyəti məhz bu cür qarşı-qarşıya toqquşmalar səbəbindən baş verir. Əksəriyyəti də ölümlə nəticələnir. Çünki yüksək sürətlə toqquşmalarda ölüm qaçılmazdır.