Günün qaranlıq saatında yolun hərəkət hissəsinə çıxan piyada sürücüyə qorxulu anlar yaşadıb.
Hadisə Bakı şəhəri Əmircan qəsəbəsində baş verib. Görüntüdən də, göründüyü kimi piyada avtomobillərin sıx olduğu yerdə yolun digər tərəfinə keçməyə çalışıb. Bu zaman görüntünü qeydə alan sürücünün qəfildən qarşısına çıxıb. Piyadanı son anda görən sürücü sağa manevr edərək faciəvi qəzadan yayına bilib.
O, iddia edirik ki, piyada həmin zaman narkotik maddənin təsiri altında olub və qəzadan yayındığına görə sürücüyə təşəkkür edərək deyib: “Sağol ki, məni vurmadın”.
Həmin videonu təqdim edirik.