Sionist rejimin keçmiş baş naziri Benyamin Netanyahunun Qəzzədə atəşkəs və girovların azadlığına əhəmiyyət vermədiyini, onun genişmiqyaslı müharibə həvəskarı olduğunu deyib.
Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, İhud Olmert dünən axşam (22 avqust) müzakirələrin iflasa uğrayacağını proqnoz edərək deyib: Netanyahu üçün önəmli olan öz mənafeyidir və onu nə girovların azadlığı, nə də Qəzzədə atəşkəs maraqlandırmır. Elə bu cəhətdən də müzakirələr faydasızdır və iflas edəcək.
Əl Cəzirə telekanalının məlumatına görə, Olmert əlavə edib: Netanyahu sürətlə genişmiqyaslı müharibəyə doğru gedir və bu, Ben Qvir və Smotriçin də istədiyi şeydir.
Deyilənlərə görə Olmert bu sözləri Netanyahunun “Müzakirə heyətinə heç bir imtiyaz verməyəcəyəm” sözündən sonra deyib.