Sionist rejimin keçmiş baş naziri son zamanlar QƏzzəyə hücumların genişlənməsi ilə əlaqədar fikrini bildirib.
Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, İhud Olmert dünən axşam (20 may) Qəzzə müharibəsinin hədəfsiz və faydasız olduğunu qeyd edərək deyib: Qəzzədə hərbi əməliyyatlar təxminən müharibə cinayətləridir.
2005-ci ildə İsrail qoşunlarının Qəzzədən çıxmasında böyük rolu olan keçmiş baş nazir BBC telekanalı ilə müsahibəsində vurğulayıb: Bu müharibənin məqsədi yoxdur və əsirləri xilas etmək üçün faydasız bir müharibədir.
Hər iki tərəfdən ağır tələfatlar verildiyini etiraf edən Olmert əlavə edib: Bu müharibənin aşkar üzü minlərlə günahsız fələstinli ilə yanaşı, çoxlu İsrail əsgərinin də öldürülməsidir. Hər halda, bu, iyrənc və hədsizdir.
Olmert vurğulayıb: Biz günahsız mülki şəxslərlə deyil, Həmasla mübarizə aparırıq və bu məsələ aydınlaşmalıdır.
