QafqazTimes xəbər verir ki, Nyu-Yorkun baş prokuroru Ştat Ali Məhkəməsindən keçmiş prezident Donald Tramp və onun iki övladına Trampın qanun pozuntularının araşdırılmasında əməkdaşlıq etmələri barədə göstəriş verməsini istəyib.
“Russia Today” saytının məlumatına görə, Nyu-Yorkun baş prokuroru Letisiya Ceyms müraciətində qeyd edib ki, Tramp və ailəsi bu günə qədər bu işdə əməkdaşlıq etmək tələblərini rədd edib.
Baş prokuror Ştat Ali Məhkəməsinə yazıb: “Tramp administrasiyası ilə bağlı aparılan araşdırmalar Donald Tramp və Tramp administrasiyasının fırıldaqçılıq yolu ilə öz aktivlərini qiymətləndirdiyinə və onların dəyərini maliyyə institutlarına yanlış təqdim etdiyinə dair əhəmiyyətli sübutlar üzə çıxarıb.”
Məktubda bildirilir ki, ABŞ-ın keçmiş prezidenti həmçinin bu fürsətdən kreditlər, sığorta təminatı və vergidən yayınma kimi iqtisadi maraqları üçün istifadə edib.
Letisiya Ceyms Tramp və onun övladları ABŞ-ın keçmiş prezidentinin işi ilə bağlı təhqiqatda əməkdaşlıqdan boyun qaçırtdıqdan və məhkəmə sistemindən siyasi istifadə etməkdə ittiham edərək, bu ABŞ rəsmisini məhkəməyə verdikdən sonra əyalət ali məhkəməsinə müraciət etməli olub.