Qafqaztimes.com Alalam-a istinadən xəbər verir: 29 noyabrda İranla nüvə müzakirələri davam etdirilməlidir. Amma nüvə enerjisini öz ata malı sayan ABŞ, Avropa ölkələri yeni bəhanələr ardıncadır. Danışıqların bərbasına bir neçə gün qalmış MAQATE direktoru Rafael Qrossi “bizim nəzarətimiz olmadan heç bir fəaliyyətə yol verilməyəcək” deyir. Sanki atom bombasından istifadə cinayətinə imza atmış Amerikanın nüvə mərkəzlərinə nəzarət olunur. Amerikanın danışıqları tərk etməsi, Avropanın öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi nüvə danışıqlarının tormozlanmasının əsas səbəbləridir. Amma nüvə klubunun oyunçuları bütün günahı Tehranın üzərinə yıxmağa çalışır. Belə məqamda fikir yaranır ki, Şimali Koreya kimsə ilə hesablaşmamaqda haqlıdır!
Növbəti yazı