Amerikanın Washington Post qəzeti sionist rejimin 4 israilli girovu azad etmək üçün Nuseyrat düşərgəsinə qanlı hücumunun ABŞ-ın köməyi ilə olduğundan yazıb.
Əl Aləm telekanalının məlumatına əsasən, Amerikanın Washington Post qəzeti bugünkü (14 iyun) sayında yazıb: İsrailli əsirlərin gizlədildiyi yer barədə məlumat toplamaqda ABŞ-ın böyük rolu var.
Məlumata görə 210 fələstinlinin şəhid və yüzlərlə insanın yaralanıb zərər çəkdiyi Nüseyrat qətliamı ABŞ-ın peyk, süni intellekt və innovativ proqramlar vasitəsilə əldə etdiyi məlumatları İsrailə verməsi ilə baş tutub.
Amerika rəsmilərin etiraflarına görə İsrail ABŞ-dan aldığı bu proqramlar vasitəsilə Həmasa havadan zərbələr endirir.
Amerikanın Washington Post qəzeti həmçinin vurğulayıb ki, hətta Nüseyrat hücumu və 4 girovun azad edilməsi prosesində ABŞ hərbçiləri də iştirak etməsə də, onların verdiyi vasitələrlə bu qətliam həyata keçib.