QafqazTimes xəbər verir ki, “Nücaba” İslami Müqavimət Hərəkatının siyasi şurasının rəhbəri Fələstin vətəndaşının Təl-Əvivdəki silahlı əməliyyatını yüksək qiymətləndirərək deyib: “Saziş quranlar sionistlərə və onların xəyali rejiminə tərəf atdıqları hər addımın qarşılıqlı addımlarla qarşılanacağını görəcəklər. Bu da onlara sübut edəcək ki, onların məhvi qaçılmazdır və yalnız zamana ehtiyac vardır.”
Şeyx Əli əl-Əsədi şəhid Rəd Hazimin (anti-sionist əməliyyatın icraçısı) fədakar addımını İsrailin məhvinin qaçılmazlığına bariz sübut kimi qiymətləndirərək bildirib: “Fələstin məsələsi həmişə yaşayacaq və zamanın keçməsi və ya saziş quranların xəyanəti onun alovunu söndürməyəcək.”
O, sözünü belə yekunlaşdırıb: “Müqavimət Fələstin amalının nəbzi və hərəkətverici qüvvəsidir”.
