İraq Nucəba İslami Müqavimət Hərəkatı bəyanat yayaraq İranın sionist rejim mövqelərinə uğurlu raket əməliyyatını təbrik edərək sionist rejimin HMS-lərinin yetərsizliyinin onları gülünc vəziyyətə saldığını deyib.
Əl Aləm telekanalının məlumatına əsasən, Nucəba Hərəkatının dünən gecəyarısı (1 oktyabr) yayımladığı bəyanatda deyilir: Bu gün müqavimət bir daha öz məqsədlərin nail ola biləcəyini sübut etdi.
Bəyanatda həmçinin deyilir: Xuliqan sionist rejim və şər müttəfiqi olan Amerikaya deyirik ki, bunu müqavimətin sadəcə primitiv bir əməliyyatı kimi qəbul edin. Bu əməliyyat Hz.Əli (ə) şiələrinin ən sadə zərbəsidir. Siz hələ ilğımlar içində yaşayır, sazişçi ərəb rejimlərinin yalan vədlərinə aldanırsınız. Müharibədə qələbə qazandığını sanan kaftar Netanyahu üçün təəssüflənmək lazımdır. Çünki dünənki əməliyyat sadə bir başlanğıc idisə, bundan sonrakılar da Allahın izni ilə düşmənin arzusunu ürəyində qoyacaq.
1 şərh
Howdy! Do you know if they make any plugins to assist with Search Engine Optimization? I’m
trying to get my site to rank for some targeted keywords
but I’m not seeing very good gains. If you know of any please share.
Cheers! I saw similar text here: Eco product