QafqazTimes xəbər verir ki, İraqın “Nücəba” hərəkatının informasiya bürosunun məlumatına görə, hərəkatın baş katibi, Şeyx Əkrəm Əl-Kəbi “Qüds Qılıncı” döyüşünün ildönümü münasibətilə Qəzza xalqı və müqavimət qruplarına göndərilən ismarıc da vurğulayıb: “Barmaqlarımız tətik üzərində Fələstinə daxil olmağa hazırıq.”
Onun sözlərinə görə, İraq hərəkatı Fələstin mücahidlərinə silahlanma, kəşfiyyat və taktiki cəhətdən bütün sahələrdə yardım etməyə hazırdır. Şeyx Əkrəm Əl-Kəbi həmçinin deyib: “İraq mücahidlərinin müqəddəs Qüdsün müdafiəsi və sionist işğalçılara qarşı müharibə səhnəsinə daxil olması fələstinli silahlı qrupların işarəsinə bağlıdır.”
O, belə əlavə edib: “Biz açıq şəkildə bildirdik ki, Qüdsün müdafiəsində rol oynamağa hazırıq və sizdən bir işarə gözləyirik. Bu gün hər bir müsəlmana aydındır ki, Fələstin davası İslam ümmətinin vahid baxışını özündə əks etdirir. Bir daha vurğulayırıq ki, biz sizin yanınızdayıq və bütün silahlanma, kəşfiyyat və taktiki sahələrdə bizə arxalana bilərsiniz.”