Həmidrza Asəfi, İran Xarici İşlər Nazirliyinin keçmiş nümayəndəsi “Təsnim” xəbər agentliyinə açıqlamasında bildirib:
ABŞ rəhbərliyi, xüsusilə Tramp, mürəkkəb bir psixoloji müharibə oyununa girdi. Onlar bir-birinə zidd olan çoxsaylı mesajlar yayaraq vəziyyəti elə bir nöqtəyə gətirdilər ki, sanki seçim ya birbaşa danışıqlar, ya da müharibə imiş kimi göstərildi.
İran həm rəqibin bu hiyləsini neytrallaşdırmalı idi (danışıqlar ya heç danışıqlar olmaması ikiliyini qırmalı idi), həm də üçüncü bir seçim təqdim etməli idi – nə müharibə, nə də birbaşa danışıqlar.
Dolayısı danışıqlar İrana imkan verir ki, rəqibin niyyətini qiymətləndirsin: Onlar həqiqətən problemin həllini istəyirlər, yoxsa təkəbbürlü və “yuxarıdan aşağı” yanaşma ilə yanaşırlar?
Əsas məqsəd:
- ABŞ-in təzyiq taktikasını neytrallaşdırmaq,
- Müzakirələrdə daha çox nəzarət əldə etmək,
- Rəqibin həqiqi niyyətini anlamaq.
Qafqaztimes