QafqazTimes.com De Telergaaf-a istinadən xəbər verir: Niderlandda polisin tələbi ilə canlı koronavirus satan sayt bağlanıb. Alıcılara 33,5 avroya viruslu şpris və PCR test təklif olunub. Saytın təsisçiləri təzminatlı yoluxma vəd edib. Yoluxandan sonra QR əldə edən alıcı rəsmi olaraq cəmiyyətə çıxa bilər. Satıcı vəd edirmiş ki, şprisdə COVID-19-un son mutasiyası ilə virus var. Təbii ki, maraqlananlar auditoriyasını vaksindən imtina edənlər təşkil edir. Bununla belə yoluxan adama sağ qalacağı ilə bağlı zəmanət verilməyib. Səhiyə Müfəttişliyinin nümayəndəsi Marqrit Fernxaut elan edib ki, COVID-19-a yoluxan insanın həyatı təhlükə altındadır.
Niderlandda canlı COVID-19 satılır!!
Əvvəlki yazı