Qafqaztimes xəbər verir ki, çərşənbə axşamı, İsrailin Müharibə Naziri Beni Qantz Maliyyə və Ədliyyə Nazirliyinə gəmi və sualtı qayıqların alınması mərhələsini araşdırmaq üçün bir hökumət komitəsi qurma təklifi barədə məlumat verib. Bu arada, Sionist rejimin ədliyyə naziri Gideon Saarın ofisi isə sualtı qayıqlar barədə araşdırma komitəsi ilə bağlı təklif layihəsi almadığını bildirib.
Qantz bu həftənin əvvəlində etdiyi bir açıqlamasında deyib: “Bu barədə heç bir məsələ sual altında olmamalıdır və İsrail tarixinin ən xətərli təhlükəsizlik məsələsindən ibrət almalıyıq.”
O, bir tvitində belə qeyd edib: “Qurulacaq komitə müamilə prosesində mövcud olan korrupsiya nüansları ilə bağlı dərin və müstəqil bir araşdırma aparmaq imkanına sahib olacaqdır.”
Qantz həmçinin belə əlavə edib: “Bu komitə, bir neçə ay əvvəl Netanyahunun müxalifətinə baxmayaraq qurulan komitədən fərqli olaraq kabinet tərəfindən təsdiqlənəcəkdir.”