1982-ci ildən 2024-cü ilə qədər Netanyahu ABŞ tribunalarından dəfələrlə istifadə edərək Yaxın Şərqdə hərbi əməliyyatlara çağırış edib. Cəmi bir neçə ictimai çıxışda (pərdəarxası danışıqları saymadan) o, amerikalıları açıq şəkildə müharibələrə başlamağa və rejimləri devirməyə təşviq edib.
1982
ABŞ televiziyasında çıxış edən Netanyahu bildirmişdi ki, əgər Sovet İttifaqı və onun proksisi olan Fələstin Azadlıq Təşkilatı (FAT) aradan qaldırılsa, “beynəlxalq terrorizm çökəcək.”
2002
ABŞ Konqresi qarşısında çıxışında Səddam Hüseynin devrilməsini, İranda rejim dəyişikliyini müdafiə edib və bunun yalnız “vaxt məsələsi” olduğunu deyib.
ABŞ-ın digər ölkələrə zərbə endirməli olub-olmaması sualına isə qətiyyətlə “Bəli” cavabını verib və İraq, İran, Liviya adlarını çəkib.
2024
İranın guya “işğal yürüşü”nü dayandırmaq üçün İsraillə birlikdə hərəkət etməyə çağırıb. Bu çağırışı ABŞ Konqresində gur alqışlar və ayaqüstü təqdirlə qarşılanıb.
2025
Eyni ssenari davam edir – ABŞ-ı İrana qarşı müharibəyə çəkmək cəhdləri sürür.