İnformasiya qaynaqları bir neçə gün öncə İsrail baş nazirinin evinin bağçasına atılan fişəng əməliyyatının təşkilatçısının sionist hava qüvvələri zabitinin olduğundan xəbər verirlər.
İRNA-nın məlumatına əsasən, ŞABAK bazar ertəsi günü (18 noyabr) verdiyi açıqlamada deyib ki, fişəng əməliyyatının təşkilatçısı sionist rejim hava qüvvələrinin ehtiyatda olan general nəzarətə alınıb.
Məlumata görə bu cinayətlə əlaqədar ŞABAK-la birlikdə polis qüvvələri də tədiqiqat aparır.
Eyni zamanda sionist rejimin müxbiri Emit Siqal bir reportajda Netanyahunun evinə fişəng hücumunun təşkilatçısının bir general olduğunu da qeyd edib. Siqalın sözlərinə görə bu əməliyyatda həbs edilən şübhəlilərin adları barədə gizlilik əmri var və onlar hətta vəkil tuta belə bilməzlər.