Sionist rejimin baş naziri Fələstin İslami Müqavimət Hərəkatına qarşı son ittihamında Şerri Bibasın cəsədini geri qaytarmadığını iddia edib.
Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, Benyamin Netanyahu Qəzzada yaşayan bir qadının cəsədini Şerrinin tabutuna yerləşdirdiyini iddia edərək deyib: Həmas müqaviləni açıq-aşkar pozmasının əvəzini verəcək.
Qeyd edək ki, İsrail ordusu bundan əvvəl müqavimətdən götürülən cəsədlərdən birinin sionist məhbuslara aid olmadığını iddia etmişdi.
Rejimin “Kanal 12” televiziyası da iddia edib ki, “Ariel” və “Kavir Bibas”ın cəsədləri müəyyən edilib, lakin üçüncü cəsəd nə onların anası “Şerri Bibas”a, nə də digər sionist məhbuslara aid deyil.
Xan Yunisdə dörd israilli məhbusun cəsədlərini qəbul edən sionist dairələr Benyamin Netanyahunun kabinetini sərt tənqid edərək, onu razılaşma yolunu əngəlləməkdə və Qəzzada məhbusları qəsdən öldürməkdə ittiham ediblər.
