Sionist rejimin baş naziri Qəzzə cinayətlərini davam etdirəcəyi və Fələstin xalqına qarşı soyqırımın düzgün yol olduğunu bir daha təkrar edib.
Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, Benyamin Netanyahu bu gün (13 may) yararı hərbçilərə xitabən deyib: Biz var-qüvvəmizlə Qəzzə zolağına daxil olacaq, Həmas əleyhinə müharibəmizi davam etdirəcəyik.
Netanyahu həmçinin iddia edib ki, Həmas bizim 10 əsirimizi azad edərsə, biz onları aldıqdan sorna hücumlarımızı daha da gücləndirəcəyik.
O, deyib: Biz müharibəni dayandırmayacağıq. Əlbəttə, qısa bir müddət ərzində atəşkəslə razılaşa bilərik. amma biz müharibəni axıra qədər davam etdirəcəyik.