İşğalçı İsrailin baş naziri Benyamin Netanyahu müharibə naziri Yuaf Galantı vəzifəsindən azad edib.
Əl Aləm telekanalının məlumatına əsasən, dünən (26 mart) Netanyahu “məhkəmə islahatı” planının müdafiəsində müharibə nazirnin yetərsizliyinə görə Yuaf Galantı vəzifəsindən azad edib.
Verilən məlumatlara görə baş nazir Galantın dövlət siyasətləri əleyhinə fəaliyyət göstərdiyi və verilən fərmanlara itaətsizlikdən əlavə onun siyasətlərinə qarşı çıxdığı üçün bu qərarı verib.
İsrailin Yadiut Aharanut qəzeti müharibə nazirinin müxalifət partiyası mənafeyinə çalışdığını və ölkədə çevriliş cəhdlərinin olduğundan xəbər verib.
Qeyd edək ki, artıq 13-cü həftədir ki, sionist baş nazir Netanyahu xarici siyasətlərində uğursuzluqlarla yanaşı, ölkə daxilində rüşvətxorluq və digər korrupsiyalarını ört-basdır etmək məqsədi ilə “məhkəmə islahatı” reformasiyasının Knessetdə təsdiqlənməsi cəhdlərinə görə ölkə vətəndaşları və müxalif partiyaların kəskin etiraz aksiyaları ilə vurnuxur.