Netanyahu kabinetinin sözçüsü Qəzzədə atəşkəs və əsir mübadiləsi razılaşmasının ağır bədəl gətirdiyini vurğulayaraq ABŞ prezidentinə minnətdarlığını bildirib.
Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, David Minser bu gün (27 yanvar) deyib: İsrail Həmasın əlində olan 30 əsirin adını elan edib və onlardan 25-nin sağdır.
David Minser əlavə edib: Biz atəşkəs və əsir mübadiləsi üçün böyük ziyanlar verdik və Həmasla danışıqlardan sonra razılaşma bizə baha başa gəldi. Amma bununla belə Donald Trampa minnətdarıq.
Azad olunmuş əsirlərin müxtəlif psixoloji problemləri olduğunu iddia edən Minser həmçinin Livanla atəşkəs rejiminin bitməsinə baxmayaraq hələlik hərbçilərin orada qalacağını da qeyd edib.
Netanyahu kabineti: Atəşkəs üçün ağır bədəl ödəsək də, Trampa təşəkkür edirik
Əvvəlki yazı