QafqazTimes xəbər verir ki, işğalçı sionist rejimin keçmiş baş naziri və “Likud” partiyasının rəhbəri bu rejimin hazırkı kabinetini devirmək öhdəliyini təkrarlayarkən deyib: “Təl-Əviv İran və HƏMAS qarşısında acizdir.”
“Times of Israel” saytının məlumatına görə, sionist rejimin keçmiş baş naziri Benyamin Netanyahu “Likud” partiyasının bir iclasında hazırkı höküməti tənqid atəşinə tutaraq, Tel-Əvivin İran və HƏMAS-ın təhdidləri qarşısında dayana bilməyəcəyini bildirib.
Netanyahu deyib: “İran hazırkı ABŞ administrasiyası tərəfindən irəli sürülən beynəlxalq razılaşma sayəsində İsrailə qarşı nüvə silahı ilə silahlanmağa tələsir, İsrail Nazirlər Kabineti isə buna səssiz qalıb.”
Likud lideri əlavə edib: “Bu zəif və saxtakar kabinet, HƏMAS terrorizmi ilə mübarizədə aciz olduğu kimi, ABŞ hökumətinin İrana qarşı apardığı passiv siyasətin qarşısında bir an belə dayana bilməz.”