İbri dilli medialar Tel Əvivdə Netanyahu kabineti müxaliflərinin Amerika səfirliyi qarşısında aksiyalarından xəbər verirlər.
Əl Aləm telekanalının məlumatına əsasən, dünən (18 iyul) Tel Əvivdə İsrail nazirlər kabinetinin “məhkəmə islahatı” layihəsinə etiraz aksiyaları ABŞ səfirliyi qarşısında davam etdirilib.
Məlumata görə etirazçılar prezident İshaq Hertsoqun ABŞ-a səfəri və baş nazirin Co Baydenlə telefon danışığı müxalifəti daha da hiddətləndirib.
Dünən Benyamin Netanyahunun ABŞ prezidenti Co Baydenlə telefon söhbəti və işğal olunmuş Fələstin mövzusunun gündəmə gəlməsi müxalifətin narazılığına səbəb olub.
Deyilənlərə görə, Bayden Netanyahunu ABŞ-a dəvət edib, amma onu Ağ Evdə qarşılamayacağını da qeyd edib. Halbuki bundan əvvəl Bayden işğal olunmuş Fələstindəki gərginlik ucbatından Netanyahu ilə görüşməkdən imtina etmişdi.
Qeyd edək ki, müxaliflət dəstələri əslində “məhkəmə islahatı”nın Netanyahunun bəraət alması məqsədini güdür.
