Sionist rejimin baş naziri Həmasla əsir mübadiləsi məsələsində həssas bir mərhələyə daxil olduğunu deyib.
Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, cinayətkar baş nazir Benyamin Netanyahu Həmasla bir neçə fələstinli şəhidin cənazəsinin verilməsi haqda sazişin yaxın günlərdə baş tuta biləcəyinə işarə edərək deyib: Daxili təzyiqlər bu prosesə mənfi təsirlər göstərir.
Ekspertlərin fikrincə Netanyahu “daxili və xarici təzyiqlər” dedikdə məqsədi Qəzzə zolağında həlak olan sionist hərbçi ailələrinin israrı və daxili koalisiya qüvvələrinin hakimiyyətlə olan problemləridir.
Netanyahunun bu sazişə daxil olmasının səbəbi isə hərbçi ailələrinin əsir mübadiləsi məsələsinin ciddi surətdə həll olunması tələbindən mənşələnir.
Baş nazirin bu iddialarına baxmayaraq, ibri dilli medialarda Fələstin İslami Müqavimət Hərəkatı rəsmiləri hələ bu məsələyə heç bir reaksiya vermədiyi deyilir.