Sionist rejimin baş naziri dünən (10 aprel) mətbuat konfransında İsrail əleyhinə hücumları barədə Livan-Tel-Əviv qaz razılaşmasına işarə edərək deyib: İsrail hücuma məruz qalsa da Nazirlər Kabineti bu məsələ ilə bağlı təhlükəsizliyi təmin edəcək və vəziyyəti yaxşılaşdıracağıq.
Benyamin Netanyahu həmçinin deyib: Suriyada İran hədəfləri əleyhinə tədbirlər görmüşük. Bu ölkə tərəfindən raket zərbələri davam edərsə, Əsəd rejimi böyük bədəl ödəməli olacaq.
Netanyahu Həmas Hərəkatının Livan infrastrukturlarında fəaliyyətinə icazə verməyəcəyini vurğulayaraq qeyd edib: Qəzzədəki hərbi potensialımız Həmasa böyük bədəl ödəmələrinə bir mesajdır.
Sionist baş nazir həmçinin deyib: Təhlükəsizlik nazirimiz Yuaf Qalant öz vəzifəsində qalacaq və İsrailin təhlükəsizliyi zəminində işinə davam edəcək.
Netanyahunun İsrailin məhkəmə islahatı və hərbi çağırış məsələsində bəzi razılaşmalara işarə etdikdən sonra Amerika ilə müttəfiqliyi və onlara “yox” deyə bilmə cürətini vurğulaması diqqəti cəlb edən məqamdır.
Sionist baş nazir həmçinin Ukrayna müharibəsinin bitməsi üçün humanitar və müdafiə yardımlar da göndəriləcəyindən xəbər verib.
