Sionist rejimin baş naziri Qəzzaya hücumlardan sonra hər hansı bir şəkildə Fələstin dövlətinin qurulmasının əleyhinə olduğunu deyib.
Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Təl-Əvivdə keçirdiyi mətbuat konfransında çıxış edən Benyamin Netanyahu bu barədə fikirlərini ABŞ rəhbərliyinə çatdırdığını deyib.
Netanyahu Həmas üzərində qəti qələbə əldə olunana qədər Qəzza zolağına hücumları davam etdirəcəklərini də deyib.
İsrailin baş naziri ABŞ mətbuatında dərc olunan, “Vaşinqton Netanyahudan sonra Fələstin dövlətinin qurulması üçün hazırlıq görür” başlıqlı xəbərə də münasibət sərgiləyərək yazır ki, Netanyahu deyib:
Mən 30 ildir ardıcıl olaraq bir şeyi deyirəm. Bu münaqişə dövlətin yoxluğundan deyil, mövcudluğundan davam edir. BMT başda olmaqla beynəlxalq ictimaiyyətin qəbul etdiyi iki dövlətli həll təkliflərini rədd edirik. Bu barədə fikrimizi ABŞ rəhbərliyinə çatdırmışıq.
Netanyahunun sözlərinə görə, İsrailin bütün Qəzza üzərində nəzarətinə imkan verəcək razılaşmanı qəbul edəcək. Eyni zamanda İsrail Qəzzaya hücumlar bitdikdən sonra İordaniyanın qərbindəki bütün torpaqları nəzarət altına ala bilər:
Bu fikrin də beynəlxalq suverenlik ideyasına zidd olduğunu deyirlər. Amma biz heç nə edə bilmərik baş nazir vurğulayıb.
Xatırladaq ki, ABŞ-ın “NBC News” telekanalında yayımlanan xəbərdə ABŞ rəhbərliyinin Netanyahudan sonrakı dövrə hazırlaşdığı iddia edilib.