Sionist rejim təhlükəsizlik tədqiqatçılarından biri İsraildə baş nazir Benyamin Netanyahu əleyhinə hərbi çevriliş ehtimalından xəbər verib.
Fars İnformasiya Agentliyinin məlumatına əsasən, işğal olunmuş ərazilərdə yerləşən Safad Universiteti hüquq fakültəsinin təhlükəsizlik üzrə tədqiqatçısı Məhəmməd Vetad İ24 telekanalı ilə müsahibəsində son baş verən hadisələrin hətta demokratik yönümü belə nəzərə alınarsa, yenə də Netanyahu əleyhinə hərbi çevrilişə zəmin yaratdığını deyib.
M.Vetad deyib: Ali Məhkəmə Knessetin məhkəmə sistemi səlahiyyətləri barədə dünənki qərarını qəbul etməzsə, qüvvələr arasında qarşıdurma olarsa, hərbi çevrilişin şahidi ola bilərik. Bu sözlər “mühakimə olunacağı gözlənilən bütün təhlükəsizlik xadimlərinin dərin təhlilinə” əsaslanır.
O, daha sonra deyib: Biz tarixi bir anda yaşayırıq. Ali Məhkəmənin asılılığı “birmənalı olaraq şəffaf və aydın” məsələdir. Ordunun bütün zabitləri Haaqa beynəlxalq məhkəməsi mühakimə təhlükəsi altındadır. Bunu isə heç kəs istəmir. Ordu açıq cinayət işinə əsasən məntiqsiz rəftar edir.