Sionist rejimin keçmiş nazirləri yenicə baş nazir vəzifəsinə təyin olunmuş Benyamin Netanyahu əleyhinə etiraz aksiyalarının geniş miqyasda təşkili üçün çağırış ediblər.
Fars İnformasiya Agentliyinin Fələstin qaynaqlarına istinadən verdiyi məlumata görə İsrailin keçmiş nazirlər kabinetinin yüksək məurları bütün xalqı Netanyahuya qarşı aksiyalara davam etməyə dəvət ediblər.
İsrailin keçmiş müharibə naziri və “Milli Vəhdət” Partiyasının sədri Beni Qantz bir iclasda B.Netanyahu əleyhinə mövqeyini nümayiş etdirərək bütün xalqı geniş etiraz aksiyalarında iştiraka dəvət edib.
Həmçinin Qantz yeni baş nazirə məhkəmə sistemində islahatlar barədə xəbərdarlıq edərək onun bu layihəsinin “daxili mharibə”yə çevriləcəyini qeyd edərək deyib: Artıq evdən çıxmaq, aksiyaların çoxalmaq vaxtıdır. Artıq ölkənin titrəməsi zamanıdır.
O, əlavə edib: Səhv siyasətinə görə daxili müharibənin bütün məsuliyyətini birbaşa B.Netanyahu daşıyır.