Daxili İşlər Nazirliyinin şöbə rəisi Elşad Hacıyev TIR sürücülərinin saxlanıldıqdan sonra üzr videolarının yayılmasına qəribə münasibət bildirib. O, iddia edib ki, həmin videolar DİN tərəfindən çəkilməyib. Jurnalistin “Bəs kim tərəfindən çəkilib” sualına isə cavab verməyən nazirlik rəsmisi, sualdan kənara çıxaraq ümumi fikirlər səsləndirib.