Bakı Ağır Cinayətlər Məhkəməsinin iclas zalında ölüm hadisəsi baş verib.
Bu barədə ölən Şəmil Qədimovun vəkili Adəm Məmmədov məlumat verib.
“Hüquqlarını müdafiə etdiyim Qədimov Şəmil Əli oğlu məhkəmə prosesi zamanı vəfat etdi”, – o əlavə edib.
Ş.Qədimov dələduzluqda təqsirləndirilirdi.
Qeyd edək ki, o, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin sabiq əməkdaşı olub.