QafqazTimes xəbər verir ki, İsrailin baş naziri Naftali Bennetin ofisinin rəhbəri Tal Qan Tzui bu bazar ertəsi istefa verib.
“Rəy Əl-Yovm”un sionist mediasına istinadən verdiyi xəbərə görə, bu şəxsin istefası sionist rejim kabinetinin üzləşdiyi problemlər dairəsinin genişlənməsinin yeni əlamətidir. Qan Tzui son on ildə Naftali Bennettin ən yaxın adamı olub.
Bennettin ofis rəhbərinin istefası onun siyasi müşaviri Şəmrit Meirin istefasından iki həftə sonraya təsadüf edir. Sionist mediasının yazdığına görə onun istefası digər müşavirlərlə ixtilaflara görə baş verib. O, bütün müşavirləri arasında Bennettə ən yaxın olmasına baxmayaraq istefa verib.
Məlumata görə, Şəmrit Meir son bir ildə Naftali Bennetin simasını sağçı partiya liderindən sionist icmasının bütün tərəflərinin qəbul etdiyi bir şəxsə çevirmək üçün böyük səy göstərib.
Digər tərəfdən, ötən cümə günü İsrailin xarici işlər naziri Yair Lapid Təl-Əvivdə davam edən siyasi mübahisələrə və hazırkı kabinetə qarşı müxalifətə reaksiya olaraq hökumətlə vidalaşmağı erkən adlandırmış və işini davam etdirməyin vacibliyini vurğulamışdır.