QafqazTimes xəbər verir ki, İordan çayının qərb sahilindəki Nablus və Qalkilyada yaşayan fələstinlilər cümə günü İsrail işğalçıları ilə toqquşmuş və nəticədə 83 fələstinli yaralanmışdır.
Toqquşmalar cümə namazından sonra və sionist hərbçilərin və sionist mühacirlərin təcavüzlərinə və cinayətlərinə, həmçinin Fələstin ərazilərində qanunsuz məskunlaşmalara etiraz olaraq aksiya keçirilərkən baş verib.
Sionist ordusu güllə və gözyaşardıcı qazdan istifadə etməklə fələstinliləri dağıtmağa çalışıb.
Fələstin Qızıl Aypara Cəmiyyəti Nablus və Qalkilyada bu gün baş verən qarşıdurmalarda aralarında bir neçə jurnalist və təcili yardım işçisi də daxil olmaqla 83 nəfərin yaralandığını açıqlayıb.