Qafqaztimes xəbər verir ki, fələstinlilərin xeyməsi Nəcəf-Kərbəla yolunun 831-ci sütununda yerləşir və keçən həftədən bəri ərbəin zəvvarlarına xidmət etməkdədir.
Bu xeymədə, Qüdsün işğalçı rejiminə qarşı müharibədə şəhid olan fələstinlilərin fotoları ilə yanaşı Fələstin bayrağı da asılıb.
İranın Ərbəin qərargahının mədəniyyət və təlim komitəsinin rəhbəri Höccətül-islam Həmid Əhmədi ötən gün bu xeymədə iştirak edərək fələstinli Ərbəin xadimlərinə xatirə olaraq ərəb dilində oxunan mərsiyələrdən ibarət kompakt disk hədiyyə edib.
Aşağdakı fotolarda Nəcəf-Kərbəla yolunun 831-ci sütununda yerləşən fələstinlilərin xeyməsini müşahidə edə bilərsiniz: