Livan Hizbullahının baş katibi İran İslam Respublikasının şəhid prezidentinin anım mərasimində İran xalqının qəminə şərik olduğunu deyib.
Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Seyid Həsən Nəsrullah bun gün (24 may) Beyrutun Cənubi Zahiyə məntəqəsində İran prezidenti Seyid İbrahim Rəisi, XİN başçısı Hüseyn Əmir Abdullahian və onlarla bərabər helikopter qəzasında şəhid olan rəsmilərin anım mərasimində deyib: Ayətullah Rəisinin və Hüseyn Əmir Abdullahiyanın şəhadətinin qəm və kədərli günləri ilə əlaqədar bu il “Müqavimət bayramı” mərasimi və Livanın cənubunun sionist rejim işğalından azad edilməsinin ildönümü keçirilmədi.
Hizbullah Hərəkatının lideri deyib: “Bu müsibətlə bağlı İmam Zamana (əc), həzrət Ayətullah Xameneiyə, təqlid mərcələrinə, İranın səbirli və əziz xalqına, məsul şəxslərinə və bu əzizlərin hər birinin hörmətli ailələrinə başsağlığı verirəm.
1 şərh
토토사이트추천: https://m-today.net/