Qafqaztimes xəbər verir ki, İraqın Sədr fraksiyasının lideri Müqtəda əs-Sədr bildirib ki, ABŞ İraqın gələcək hökumətinə tam hüquqlu bir hökumət kimi yanaşmalıdır.
O, Tvitter səhifəsində yazıb: “Birləşmiş Ştatlar İraqla qüvvələri, düşərgələri, döyüşçüləri və müdaxiləsi ilə bağlı ciddi və məhsuldar bir dialoqa başlamalıdır.”
Əs-Sədr sözünün davamında deyib: “İnqilablar və nümayişlər bir daxili və milli məsələdir və xarici təsirlərdən uzaq olmalıdır. İraq və onun xalqı quru, hava və dəniz yolu ilə regional qarşıdurmalardan uzaq olmalıdır.”
O, həmçinin deyib: “Biz iraqlıyıq … nə şərqli, nə də qərbliyik … sülh içində yaşamaq istəyirik … buna qarşı çıxan hər şeyə layiqincə cavab verəcəyik.”
O, İraqın təzyiqlərə boyun əyməyəcəyini vurğulayaraq belə əlavə edib: “Əks təqdirdə ABŞ İraqın müstəqillik, sabitlik və suverenliyini istəməyən və İraqla düşmən bir ölkə olduğunu ortaya qoyacaqdı.”