Hizbullah İcra Şurasının katibi Amerikanın Livanın böhrandan çıxmasına mane olduğunu söyləyib.
Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Haşim Seyfəddin livanlıların Vaşinqtonun nəsihətlərinə ehtiyacı olmadığnı, Livanın hazırkı böhrandan çıxmasına mane olduğunu vurğulayaraq deyib: ABŞ-ın regionda işğalçılığı tezliklə sona çatacaq.
Haşim Seyfəddin son zamanlar ABŞ-ın xüsusi elçisi Amos Hokştaynın Beyruta şübhəli səfərinə işarə edərək deyib: Hokştayn livanlılara BVF və iqtisadi sahədə Livanı necə inkişaf etdirmə barədə nəsihət vermək yerinə gedib quldarlarına bu ölkəni mühasirədən çıxarmasını desin ki, bu ölkə də özü məsləhət bildiyi tərəqqi yoluna davam etsin.
H.Səfiyəddin həmçinin deyib: Hal-hazırda Suriya probleminin əsas amili amerikalılardır. ABŞ Suriyanın neftini oğurlamaqdan əlavə bu ölkəni mühasirədə saxlayaraq ərəb ölkələrinin Dəməşqdə kapital qoyuluşuna mane olur. Amma biz müqavimət övladları əminik ki, ABŞ-ın təkcə Suriya və Fələstində deyil, bütün region ölkələrindən işğalçılıq ayağını kəsəcəyik.