İşağl olunmuş Fələstində keçirilən sorğulara əsasən, israillilər Qəzzə müharibəsindən sonra baş nazir Binyamin Netanyhunun vəzifədən getməsini istəyirlər.
Əl Aləm telekanalının məlumatına əsasən, Netanyahu bataqlıqda boğulmaqdadır və bu barədə məqalə dərc edən Newsweek qəzeti yazır: İşğal olunmuş torpaqlarda keçirilən sorğunun nəticələrinə görə israillilər Qəzzə müharibəsi bitdikdən sonrakı dövrdə Benyamin Netanyahunun baş nazir olmasını qətiyyən istəmirlər.
ABŞ-ın Yaxın Şərq məsələləri üzrə analitiki Aroon David Miller bazar ertəsi günü CNN-ə verdiyi müsahibdə deyib ki, Netanyahu bu müharibənin yükü azaldıqddan sonra siyasi gələcəyinin təhlükədə olduğunu yaxşı bilir. Hal-hazırda yeni fövqəladə nazirlər kabineti toplamağa çalışan Gantz və onun kimilər gələn il kabineti tərk etmək və yaxud yeni dövlət yaradacaq və yaxud da növbədənkənar seçkilər keçirəcəklər.
Miller həmçinin qeyd edib: İsraildə baş nazirin vəzifədən kənarlaşdırılması barədə heç bir mexanizm yoxdur. Məncə artıq bu baş nazirin getməsi lazımdır və o, siyasi gələcəyinin qaranlıq olduğunu yaxşı bilir.