Amerikalı müğənni Mayli Sayrus bədbəxt hadisə ilə üzləşib.
Konsert proqramı ilə bağlı Cənubi Amerikaya uçan sənətçinin şəxsi təyyarəsini ildırım vurub. Nəticədə hava nəqliyyatı zədələnib. Bundan sonra təcili eniş edilib. Yaşadığı qəza ilə bağlı danışan sənətçi səhhətinin yaxşı olduğunu bildirib.
Daha sonra Mayli planlaşdırılan konsert proqramını ləğv etməli olub. 29 yaşlı ifaçı qəzadan əvvəl Argentinada sevənləri qarşısında çıxış edib.