Son zamanlarda sionist rejimin siyasətçilərinin İsrail barədə fikirlərindən sonra Mossadın keçmiş rəhbəri də ölkədəki vəziyyətlə əlaqədar münasibət bildirib.
Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, İsrail dövlətinin xarici təhlükəsizlik xidmətinin (Mossad) keçmiş rəhbəri Tamer Bardo yazıb: Netanyahu kabinetinin tutduğu yolun yaratdığı şəraitdən nigaranam. Vəziyyət elə bir yerə çatıb ki, artıq İsraildə yaşamağa rəğbətim yoxdur.
Tamer Bardo xəbərdarlıq edərək deyib: Netanyahu kabineti diktatorluq metodu ilə ölkəni idarə etmək istəyir.
İsrailin keçmiş baş naziri Laer Lapid də ölkədəki vəziyyət barədə fikir bildirirək deyib: Ölkə daxili çaxnaşmaya doğru gedur. Belə davam edərsə, istənilməyən zəruri hadisələr baş verəcək.
Avidqor Liberman isə Netanyahu kabinetinin vəziyyətə nəzarət işində ardıcıl uğursuzluğuna işarə edərək deyib: Kabinet fəaliyyətə başlayan zamandan indiə kimi Qəzzədən 27 raket atılıb və 12 israilli həlak olub və yaralanıb.
