Moskva vilayətində 23 yaşlı gənc uşaqlara təcavüz etməkdə ittiham olunub.
Bir anın içində təcavüzdə təqsirləndirilən şəxsə 30 nəfər hücum edib. Onlar, hətta hadisə yerinə gələn təcili yardım əməkdaşlarını da gəncə yaxın buraxmayıblar.
Məlumata görə, polis məsələyə qarışıb. Gənc xəstəxanaya aparılıb. O, özünü təqsirkar bilməsə də, həkim müayinəsindən əvvəl xəstəxanadan qaçıb.
Polis həmin şəxsi axtarır. Ona hücum edən iki nəfər saxlanılıb.