Rusiyanın Moskva vilayətində bıçaqlı şəxs kompüter klubuna soxularaq insanlara hücum edib.
Müəssisəyə quraşdırılmış müşahidə kamerası baş verənləri qeydə alıb.
Kadrlardan görünür ki, əlində bıçaq tutmuş şəxs klubun girişində dayanan gənclərə hücum edir, onlardan birinə bir neçə bıçaq zərbəsi vurur. Xəsarət alan şəxs onun əlindən qaça bilir.
Sonra həmin şəxs müəssisənin içindəki insanlara hücum edir.
İlkin məlumatlara görə, hadisə nəticəsində üç nəfər yaralanıb.
Hücum edən şəxs saxlanılıb. Hazırda o dindirilir.