Rusiyanın paytaxtı Moskva şəhəri yaxınlığında anbarda yanğın baş verib.
Yanğın “Sindika” bazarının ərazisində 2100 kvadratmetr sahəni əhatə edib.
Bu barədə Fövqəladə Hallar Xidmətlərindən məlumat verilib.
“Moskva Dairəvi yolunun 65-ci km-də “Sindika” bazarının ərazisində anbarda yanğın başlayıb. Hazırda o, bütün ərazini – 2100 kvadratmetr sahəni bürüyüb”, – deyə bildirilib.
Zərərçəkənlər barədə məlumat daxil olmayıb.
Yanan anbarın içərisində tikinti materiallarının olduğu bildirilir.
Həmçinin fövqəladə hallar xidmətindən verilən məlumata görə, yanğının qəsdən törədilə biləcəyi də istisna olunmur.