Sionist rejimin təhlükəsizlik rəsmiləri iddia edirlər ki, İran işğal olunmuş ərazilərdə kəşfiyyat şəbəkəsini genişləndirib və hətta öz məqsədlərinə nail olmaq üçün sionistləri həmkarlğa cəlb edib.
Amerika mediası sionist rejimin təhlükəsizlik ekspertlərinin açıqlamalarına istinad edərək iddia edib ki, İran işğalçı rejimə qarşı casusluq missiyaları və “təxribatçı hərəkətlər” həyata keçirmək üçün yəhudi və ərəbləri işə götürməyə çalışır.
Amerika KİV-i “Monitor”un məlumatına görə, işğal olunmuş ərazilərdəki “Şin Bet” kəşfiyyat təşkilatı son bir ildə İrana aid edilən bir neçə casusluq faktı aşkarlayıb ki, onların əksəriyyətində işğal olunmuş ərazilərdə yaşayan yəhudilər hədəfə alınıb.
Bu hesabatda həmçinin iddia edilir ki, ötən həftə Şin Bet və sionist rejim polisi Şərqi Qüdsdə Fələstin məhəlləsinin sakinlərindən 7 nəfəri həmkarlığa cəlb etmək planının aşkar edildiyini elan ediblər.
Sionistlərin fikrincə, bunlar sionistlərin nüvə sahəsində çalışan məmurlarına sızmaq üçün seçilmiş insanlar olub.
Bu hesabatda iddia olunur ki, bu 7 nəfərdən biri İran kəşfiyyatı agenti ilə əlaqə saxlayıb və sionist rejimin böyük alimi, eləcə də işğalın mərkəzindəki bir şəhərin meri haqqında məlumat toplamaq üçün 6 həmyerlisini işə cəlb edib.
Qafqaztimes
Al-alam
2 şərhlər
Your blog is a treasure trove of valuable insights and thought-provoking commentary. Your dedication to your craft is evident in every word you write. Keep up the fantastic work!
This was exactly what I needed—thank you!