Moldovanın Straseni şəhəri yaxınlığında 49 sərnişinin olduğu avtobus hökumət əleyhinə aksiyaya gedən zaman yanıb.
Baş Polis Müfəttişliyi bildirib ki, avtobus Baltidən Kişinyova hərəkət edib.
Hadisənin təfərrüatları və qurbanların olması barədə məlumat verilmir.
Qeyd olunub ki, hadisə noyabrın 13-də yerli vaxtla saat 12:30-da (Bakı vaxtı ilə 12:30) baş verib.
Xatırladaq ki, bu gün Kişinyovun mərkəzində yürüş formatında etiraz aksiyası keçirilir.