İranın Müqəddəs Müdafiə dövründə SEPAH komandanı sionist rejimə Livan əleyhinə hər hansı bir hərbi tədbir keçirəcəyi təqdirdə Qəzzə müharibəsindən də ağır bir bataqlığa batacağı barədə xəbərdarlıq edib.
İRNA-nın məlumatına əsasən, Möhsün Rzai bu gün X sosial media hesabında yazıb: Netanyahu divanəlik üzündən Livanla yeni macəraya başlayarsa, bəlkə də Qəzzədə düşdüyü bataqlıqdan qurtula bilər. Amma Livanla hər hansı bir ciddi hərbi münasibət onu çıxılmaz bir bataqlıqda batıracaq.
Xatırladaq ki, dünən axşamüstü (27 iyul) Suriyanın işğal olunmuş Cövlan təpələrində yerləşən Məcdəl Şəms məntəqəsi raket hücumlarına məruz qalıb.
Bir sıra sionist mediaları bu hücumun kamikadze PUA-sı vasitəsilə həyata keçdiyini, nəticədə 10 nəfərin həlak olduğu və minimum 30 nəfərin yaralandığını iddia ediblər.
Sionist rejim baş naziri Benyamin Netanyahu bu hücumda Hizbullahı ittihamlandıraraq bunun ağır cavablandırılacağını qeyd edib. Eyni zamanda isə Livan Hizbullahı Məcdəl Şəms məntəqəsinə hücumun onlar tərəfindən olmadığını qeyd edərək xəbəri təkzib edib.