Rusiyanın Amur vilayətinin Beloqorsk şəhərində MMA turnirində baş verən döyüşdən sonra yeniyetmə başından aldığı zərbə nəticəsində dünyasını dəyişib.
Məlumata görə, oğlanın 16 yaşı olub.
Hazırda yerli hüquq-mühafizə orqanları araşdırma aparır. İstintaq yarışların təşkili və keçirilməsi zamanı təhlükəsizlik tələblərinə əməl olunmasını, habelə mərhumda tibbi əks göstərişlərin olmasını qiymətləndirmək niyyətindədir.