Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili hazırkı Prezident Salome Zurabişviliyə müraciət edərək əfv edilməsini istəyib.
“Təbii ki, xanım Zurabişvili bir imza ilə atasını uşaqlara qaytara və ən əsası, Gürcüstanda siyasi tarazlığı bərpa edə bilər. Bunun üçün onun kifayət qədər cəsarəti var”, – deyə Saakaşvili məhkəmədə bildirib.
Eks-prezident əlavə edib ki, reabilitasiya üçün xaricə buraxılmalıdır.
Qeyd edək ki, Saakaşvili Gürcüstana 29 sentyabr 2021-ci ildə gəlib. Oktyabrın 1-də o, aclıq aksiyasına başladığı Rustavi şəhərində həbs olunub. Noyabrın 20-də Saakaşvili Qoridəki hərbi hospitala köçürülüb və orada aclıq aksiyasına son qoyub. 2022-ci il mayın 12-də Saakaşvili hazırda qaldığı Tbilisidəki “Vivamed” mülki klinikasına yerləşdirilib.
1 şərh
Our partners have opened a new site vipeth.site I personally supervise the work of employees. In honor of the new year we are giving new users a registration bonus with promo code: NEWUSER24. It gives +70% on the first deposit. Soon we will introduce new artificial intelligence for better work.