İsveçin paytaxtı Stokholmda dəfələrlə Qurani Kərimin yandırılması səbəbinə Misirin İsveç səfirini ölkədən ixrac etmə ehtimalı var.
Əl Aləm telekanalının məlumatına əsasən, Misirin görkəmli siyasətçilərindən biri TŞ-yə İsveç səfirinin Qahirədən ixracı barədə tələb ərizəsi göndərib.
Misir Dini Vəqflər Nazirliyinin keçmiş müavini Səəd Əl Fəqi Russia Al Yəvm-la müsahibəsində Qurana hörmətsizliyi faktiki cinayət adlandıraraq deyib: Bu cinayətə görə islam və ərəb dövlətləri İsveç səfirlərini ixrac etməsi zəruridir.
Söz azadlığı şüarı altında axmaq rəftarlara icazə verən bəzi ölkələri qınayan Səəd Əl Fəqi vurğulayıb: İsveç dinlərin təhqiri və Qurana hörmətsizliyin təhlükəsindən xəbərsizdir. Allah Yeri və Ona imanı olan insanları asimani kitablar xatirinə mühafizə edir.
O, daha sonra deyib: Dövlət himayəsinə arxalanıb vəhşilik törədənlər islamın daha da parlamasına səbəb olduqlarından da xəbərsizdirlər. İslam rəhmət və sülh dinidir.
Qeyd edək ki, İsveç dövləti ötən həftə Qurana hörmətsizlik zəminində vətəndaşlarına İraq, Türkiyə və Misir səfirlikləri qarşısında aksiya keçirmələrinə lisenziya çıxarıb.