Misir atəşkəs razılaşmasının şərtlərinin dəyişdirilməsi barədə ittihamları təkzib etdi
May 23, 2024
Misirin ali rütbəli rəsmisisrailin Qəzza zolağında imzaladığı atəşkəs razılaşmasının şərtlərini dəyişdirib və nəticədə girovların azad edilməsi üçün HƏMAS-la razılaşmanın pozulmasına səbəb olması barədə ittihamları rədd edib.
İRNA-nın məlumatına əsasən, Misirin İnformasiya Təşkilatının sədri Ziya Rişvan dünən (22 may) müxtəlif media vasitələrində, o cümlədən CNN telekanalında yayımlanan bu xəbərin doğru olmadığını, sırf əsassız ittiham olduğunu vurğulayaraq deyib: Maraqlısı budur ki, bəzi medialar özünü məlumatlı bilən qaynaqlara istinad gətirir. Amma bu mənbələrin rəsmi olduğunu heç kəs qəbul etmir. Nə üçün bəziləri bizim Qəzzə müharibəsi zəminində səylərimizə hörmətsizlik edir?
Rişvan həmçinin bu qəbildən olan ittihamların Qətərə də vurulmasına işarə edərək deyib: Bizim əsas məqsədimiz Qəzzədə sülh və əmin-amanlıqdır.
Qeyd edək ki, dünən (22 may) CNN telekanalı elan edib ki, Misir kəşfiyyatı İsrailin Qəzza zolağında imzaladığı atəşkəs razılaşmasının şərtlərini dəyişdirib və nəticədə girovların azad edilməsi üçün HƏMAS-la razılaşmanın pozulmasına səbəb olub.