QafqazTimes xəbər verir ki, Livan prezidenti Mişel Aun İtaliya mediasına verdiyi müsahibədə deyib: “Suriya və Livanın bəzi hissələri hələ də İsrailin işğalı altındadır və onlar azad edilərsə, hüquqların qorunması üçün sülh danışıqları başlana bilər.”
O, əlavə edib: “İşğalçılara qarşı müqavimət terror deyil və Hizbullah Livanın cənubunu İsrail işğalçılarından azad edən Livan cəmiyyətinin bir hissəsidir.”
Livan prezidenti Livana yardım haqqında da danışarkən deyib: “Mən bilirəm ki, Roma Papası Livana yardım layihəsi təqdim edəcək və İtaliya problemlərin həlli və birliyə nail olmaq üçün Livan tərəflərinə dəstək verə bilər.”
O, həmçinin Ukraynadakı böhranın Livana təsirini də qeyd edib.