Sosial şəbəkələrdə Liviyanın Derna şəhərində minlərlə insanın ölümünə səbəb olan təbii fəlakətin başlama anı ilə bağlı kadrlar yayılıb.
Qeyd edək ki, şəhərin meri Əbdülmenam əl-Qaiti daşqında ölənlərin sayının 11,3 min nəfərə çatdığını, daha 20 mindən çox insanın itkin düşdüyünü bildirib. Ancaq o, bunların yekun rəqəmlər olmadığını vurğulayıb və dağılmış binalara əsaslanaraq, ölənlərin sayının azı 10 min nəfər arta biləcəyini ehtimal edib.
Merin sözlərinə görə, daşqın qurbanları arasında liviyalılarla yanaşı, Sudan və Misirdən olan onlarla miqrantın da meyiti tapılıb.
Bundan əvvəl Liviyada təbii fəlakətin nəticələrinin kosmosdan çəkilən görüntülərini paylaşmışdıq. Kadrlardan aydın olur ki, Derna şəhərini yerlə bir edən “Daniel” qasırğası səhrada göllərin və çay sistemlərinin yaranmasına səbəb olub.
1 şərh
Use the 1xBet promo code – get a 100% welcome bonus up to €130 upon registration.1xbet free bets and T&Cs explained. Other bonuses can already be received during the game. The bookmaker offers free bets, cashback and insurance bets as incentives for players. Again, the way the bonus is applied, the wagering amounts and the wagering period are clearly stated in the terms and conditions of the promotion. 1xbet welcome bonus There are several such offers that are always available for players.