ABŞ Dövlət Departamentinin keçmiş spikeri sionist rejimin Qəzzədə müharibə cinayətləri etdiyini deyib.
Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, Matthew Miller bu gün (3 iyun) Sky Newsla müsahibəsində bu sözləri deyərək İsrailin Qəzzə cinayətlərinin şəxsi ideya əsasında olduğunu, İsrail Nazirlər Kabinetinin ümumi rəyi əsasında baş tutmadığını iddia edib.
Matthew Miller əlavə edib: İsrailin Qəzzə müharibəsində cinayət törətdiyi mütləq bir nəzərdir. İsrail hərbçilərinin Qəzzə zolağında etdikləri beynəlxalq qanunlara uyöun deyil. Amma mühakimə olunmurlar.
Miller “2023-cü ilin oktyabr ayından bu yana minlərlə fələstinlinin öldürülməsi və bunun nəticəsində insanlar arasında aclıq hökm sürməsi fonunda Qəzza zolağında soyqırım baş veribmi?” sualının cavabında deyib: Bunun bir soyqırım olduğunu düşünmürəm. Amma qətiyyətlə deyə bilərəm ki, İsrail Qəzzə zolağında müharibə cinayətləri törədib.
